“İnqilab küçəsinin qızı”na hökm – Baş örtüyünü açdığına görə

Dünya

31

“İnqilab küçəsinin qızı”na hökm – Baş örtüyünü açdığına görəKeçən il məcburi hacaba etiraz olaraq Tehranda ictimaiyyət qarşısında baş örtüyünü açdığına görə “inqilab küçəsinin qızı” adı ilə məşhurlaşan Vida Müvəhhid 1 il azadlıqdan məhrum edilib.
“İnqilab küçəsinin qızı”na hökm – Baş örtüyünü açdığına görə
Həbs qərarı təxminən iki ay əvvəl verilsə də, bu barədə məlumat gizlədilib.

Vida Müvəhhid hazırda Rey həbsxanasında saxlanılır.

İranda qadınların məcburi hicaba qarşı dinc etirazlar keçən ilin əvvəllərində başlayıb. Aksiyalara qoşulan 31 yaşlı Vida Müvəhhid Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin məcburi hicab siyasətinə etiraz etmişdi.

O, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan müvəqqəti olaraq şərti azadlığa buraxılmışdı.