Sizin reklam burada
Sizin reklam burada

Şimali Koreyanın rəsmi lideri dəyişdi

Şimali Koreyanın rəsmi lideri dəyişdiŞimali Koreya Ali Xalq Məclisi prezidiumunun rəhbəri vəzifəsinə yeni şəxs təyin olunub.

Bu məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb. Məlumata görə, bu vəzifəyə Kim Çen İnın köməkçisi, keçən il ABŞ-ın sanksiyalar siyahısına düşmüş Çoy Ryon Xen gətirilib. O, bu vəzifədə 20 il prezediumun rəhbəri olmuş Kim Yon Namı əvəz edib.Çoy Ryon Xenin bunun sayəsində gələcəkdə Pxenyanı beynəlxalq arenada təmsil edəcəyi bildirilib.

Qeyd edək ki, Şimali Koreya qanunvericiliyinə əsasən Çoy dövlətin başçısı sayılır. De-fakto isə ölkədəki real hakimiyyət Dövlət Şurasının rəhbəri olan Kim Çen İn və qohumlarına aiddir.

  • Sosial şəbəkədə paylaş