ABŞ dünyanı SEPAH-a qarşı sanksiyalara səslədi

Dünya

90

ABŞ dünyanı SEPAH-a qarşı sanksiyalara səslədiABŞ digər ölkələri də İran İslam İnqilabı Keşikçiləri Korpusunun təcridinə qoşulmağa səsləyir.

Bu məlumatı Ağ Ev yayıb.

“Biz digər ölkələri də SEPAH-ı təcrid etməyə səsləyirik. Biz gərək onların imkanlarını məhdudlaşdıraq. ABŞ təkcə İranı terrorizmin maliyyələşdirilməsinin əsas mənbəyi saymır, həm də onu terror fəaliyyətinin aktiv iştirakçısı hesab edir”, – deyə açıqlamada bildirilib.

Ağ Ev İranın Avropa ərazisində teraktlar törətməyə cəhd etdiyini və yüzlərlə amerikalı əsgərin ölümünə görə məsuliyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan öncə SEPAH-ı terror təşkilatları siyahısına daxil edib. İran isə buna cavab olaraq ABŞ ordusunu terror təşkilatı kimi tanıyıb.