Sizin reklam burada
Sizin reklam burada

“Nəticələri dəyişəcək qanunsuzluq…” – AKP seçkilərin ləğvini tələb etdi

“Nəticələri dəyişəcək qanunsuzluq…” – AKP seçkilərin ləğvini tələb etdiTürkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Büyükçekmece (İstanbul) şöbəsi bu bölgədə seçici qeydiyyatının prosedura uyğun aparılmadığını əsas gətirərək İstanbulda nəticələrin ləğvini tələb edib.

Teleqraf.com xəbər verir ki, partiya şöbəsi bununla bağlı Türkiyə Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Məlumata görə, müraciət Respublika Baş Prokurorluğunun istintaq sənədlərinə istinadla edilib. Sənəddə qanunsuz qeydiyyatların seçkinin nəticələrini dəyişəcək dərəcədə olduğu bildirilib.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçirilib.

İlkin nəticələrə görə, CHP-nin namizədi Əkrəm İmamoğlu qalib gəldiyi bildirilib. AKP buna etiraz edib, bir sıra bölgələrdə etibarsız bülletenlərin yenidən sayılmasına start verilib.

  • Sosial şəbəkədə paylaş