Deripaska: Bu, Trampın gedişi ilə düzəlməyəcək

Dünya

139

Deripaska: Bu, Trampın gedişi ilə düzəlməyəcəkRusiya və ABŞ arasında münasibətlərin yaxşılaşması iqtisadi sanksiyalar ləğv edilməyənə qədər mümkünsüzdür.

Bunu CNBC-yə müsahibəsində rusiyalı milyarder Oleq Deripaska deyib. Onun sözlərinə görə, Vaşinqton və Moskva daha çox bir-birinə hərbi güc nümayişində maraqlıdır.

O, rusiyalılarla amerikalıların bir-birinə nifrət etmədiyini bildirib:

“Yeni prezidentin seçilməsindən sonra iki ölkənin münasibətlərində heç nə dəyişməyəcək. Yalnız yeni nəsillər nəyəsə nail ola bilər”.