Rusiya bu ölkəni işğal edəcək - General

Dünya

101

Rusiya bu ölkəni işğal edəcək - GeneralYaxın onillikdə Qərblə Çin arasında hərbi konflikt başlaya bilər.

Bunu Praqada Çexiya, Macarıstan və Polşanın NATO-ya üzvlüyünün 20 illiyi münasibətiylə təşkil edilən konfransda çıxışı zamanı ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı general Ben Hoces deyib. O, bu savaşın başlayacağı halda ABŞ-a Avropa qitəsi və Avstraliyada etibarlı müttəfiqlərin lazım olacağını bildirib:

“Mən səhv edəcəyimə ümid edirəm, amma Çinin fəaliyyət trayektoriyasını görürəm. Bilirəm ki, burada konflikt ola bilər”.

O, NATO-nun Rusiyaya bütün gücünü göstərməli olduğunu deyib.

Hocesin fikrincə, Krımın işğalıyla Moskva kifayətlənməyəcək. General Moskvanın növbəti hədəfinin Odessa, həmçinin Rumıniya ola biləcəyini də iddia edib.