Sizin reklam burada
Sizin reklam burada

Trampla Ərdoğanın telefon söhbəti: Nədə razılaşdılar?..

Trampla Ərdoğanın telefon söhbəti: Nədə razılaşdılar?..Türkiyə və ABŞ dövlət başçıları Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı zamanı bir neçə məsələ müzakirə olunub.

Liderlər iki ölkə arasında münasibətlər, Suriyadakı son durum, terrorla mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıblar.

Rəcəb Tayyib Ərdoğan starteji müttəfiq olan ABŞ-la Türkiyə arasında yaxın əlaqələrin davam etdirilməsinə tərəfdar olduğunu bildirib.

Prezidentlər ABŞ ordusunun Suriyadan çəkilməsi zamanı müştərək hədəflərə ziyan vurmamağı razılaşdırıblar.

Ərdoğan və Tramp qarşlılıqlı iqtisadi əlaqələrin inkişaf etdirilməsi və 75 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmağa tərəfdar çıxdıqlarını da bildiriblər.

  • Sosial şəbəkədə paylaş