Kandelaki senatora görə dərd çəkir

Dünya

162

Kandelaki senatora görə dərd çəkir"Biz qonşu kimi ünsiyyət saxlayırdıq".

Rusiyanın məşhur televiziya aparıcısı Tina Kandelaki senator Rauf Araşukovun həbs olunduğu xəbərini eşitdikdən sonra halı pisləşib.

Conflict.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə senator çox dostcanlı və ünsiyyətcil insan olub:

"Birinci gün deyil ki, Raufu tanıyıram. Biz qonşu kimi ünsiyyət saxlayırdıq, səhər tezdən birlikdə qaçıb, pəhriz edirdik."

Televiziya aparıcısı qeyd etdi ki, senatorun tutulması xəbəri onun üçün "kədərli sürpriz" oldu və başqalarını qanunu pozmamağa çağırdı.

Kandelaki əlavə etdi ki, senatorla münasibətlərini gizlətməyə çalışmayacaq və onunla çəkdirdiyi fotoları sosial şəbəkə hesabından silməyəcək.