Sizin reklam burada
Sizin reklam burada

İran milli peykini kosmosa çıxara bilmədi

İran milli peykini kosmosa çıxara bilmədiİranın kosmosa göndərdiyi peyk nəzərdə tutulan orbitə çıxa bilməyib.

Bu məlumatı İranın Telekommunikasiya İşləri üzrə naziri Məhəmməd Cavad Azəri yayıb. Peykin lazım olan nöqtəyə çatdırıla bilməməsinə səbəb kimi raket daşıyıcısında olan problem göstərilib.

Qeyd edək ki, bundan öncə İran öz istehsalı olan “Payame Əmirkəbir” peykini kosmosa buraxmağı planlaşdırıb. Yeni peykin kosmosa İranın öz istehsalı olan raket daşıyıcı ilə çatdırılacağı açıqlanıb.

  • Sosial şəbəkədə paylaş