Qətər əmiri İraqa söz verdi: 1 milyard dollar…

Dünya

100

 Qətər əmiri İraqa söz verdi: 1 milyard dollar…Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani İraq Prezidenti Bəhram Salehlə aparılan danışıqlarda İraqın infrastrukturunun bərpası prosesinə 1 milyard dollar sərmayə qoymağa hazır olduğunu bildirib.

Bu barədə Qətər XİN informasiya yayıb.

Məlumata görə, liderlərin görüşündə ikitərəfli məsələlər, turizm əlaqələrinin gücləndirilməsi, iqtisadiyyat və ticarətin möhkəmləndirilməsi müzakirə edilib.

Qeyd edək ki, İraq Prezidenti Bəhram Saleh hazırda Qətərdə rəsmi səfərdədir.