Rusiya S-500-ləri niyə üzə çıxarmır? – Amerikalılar açıqladı

Dünya

107

Rusiya S-500-ləri niyə üzə çıxarmır? – Amerikalılar açıqladıRusiyanın S-500 Prometey zenit raket sistemləri barədə yeni məlumatlar yaymaması S-400-ün ixracını təhdid altında qoymamasıyla bağlıdır.
Bu məlumatı “Neşinl İnterest” qəzeti yayıb.

“S-500-lər 600 kilometr məsafəyə atış atmaq qabiliyyətinə sahibdir. Bu, S-400-ün imkanlarından 200 kilometr çoxdur. S-500 az görünə bilən qırıcıları aşkar etmək, həmçinin saniyədə 6,5 kilometr sürətlə uçmaq qabiliyyətinə sahib olan 10 döyüş başlığını eyni anda izləməyə qadirdir. Sistem silahlanmaya qəbul zamanı bir neçə dəfə dəyişdirilib. Ruslar qorxur ki, S-500-ün buraxılışı S-400-ün böyük ixracat uğurlarını məhv edər. Potensial müştərilər S-400-ə marağını itirə və onu köhnə hesab edə bilərlər. Türkiyə və Hindistan kimi vacib müştərilər bundan narazı qala bilərlər. S-500-lərin ixracının 2021-ci ilə reallaşdırılması mümkün deyil” – deyə o bildirib.