Sizin reklam burada
Sizin reklam burada

Avstraliyada həyəcan: 14 konsulluqda bomba təhlükəsi

Avstraliyada həyəcan: 14 konsulluqda bomba təhlükəsiAvstraliyanın Melburn və Kanberra şəhərlərində yerləşən 14 konsulluq binasına şübhəli bağlama göndərilib.

Bununla bağlı konsulluq binalarına dərhal polis əməkdaşları cəlb olunub.

ABŞ, Böyük Britaniya, İsveçrə, Almaniya, Cənubi Koreya, Yunanıstan, İtaliya, Pakistan, Hindistan, Yeni Zelandiya, İspaniya, Misir və Türkiyə konsulluq binaları təxliyə edilib. Sözügedən ərazilərə bomba zərərsizləşdirilməsi üzrə ixtisaslaşmış xüsusi dəstələr göndərilib.

Melburn polisi ümumilikdə 18 ünvana şübhəli bağlama göndərilməsi ilə bağlı məlumat daxil olduğunu açıqlayıb.

  • Sosial şəbəkədə paylaş