Sizin reklam burada
Sizin reklam burada

Gürcü parlamentindəki bu fraksiya dağılır

Gürcü parlamentindəki bu fraksiya dağılırGürcüstan parlamentinin deputatı David Çiçinadze Vətənpərvərlər Alyansı Fraksiyasını yaz sessiyasının başlanmasından sonra tərk etmək niyyətindədir.

Bunu jurnalistlərə açıqlamasında Çiçinadzenin özü deyib.

“Əvvəldən razılaşdırılmışdı ki, mən fraksiyaya müvəqqəti əsaslarla daxil oluram. Yaz sesiyası başlayandan sonra Vətənpərvərlər Alyansı Fraksiyasından çıxacağam”, – deyə o bildirib.

Qeyd edək ki, Çiçinadze iki ay əvvəl fraksiyanın altıncı üzvü olaraq, onun ləğvinin qarşısını alıb. Əgər fraksiya Çiçinadzenin çıxışından sonra özünə yeni üzv tapa bilməsə, o zaman dağılmalı olacaq.

Vətənpərvərlər Alyansı rusiyayönlü siyasətin tərəfdarıdır.(axar.az)

  • Sosial şəbəkədə paylaş