Avropa Rusiyanın nəhəng layihəsini məhv etdi

Dünya

55

Avropa Rusiyanın nəhəng layihəsini məhv etdiAvropa Parlamenti “Şimal axını 2” qaz kəmərininin tikintisini qınayan qətnamə qəbul edib.

Axar.az xəbər verir ki, qətnamənin lehinə 433 deputat, əleyhinə 105 deputat səs verib. Qətnamədə bu layihənin Avropa enerji təhlükəsizliyinə təhdid yaratdığı vurğulanıb.

Parlamentarilər Ukraynanın Avropa enerji şəbəkəsində həlledici rol oynadığını, bunun üçün də qaz kəməri tikintisinin dayandırılmalı olduğunu bildiriblər.

Qəbul edilən qətnaməyə Rusiyadan ilk reaksiyanı Federasiya Şurasının üzvü Aleksey Puşkov verib. O, bu qətnamənin ABŞ-ın Almaniyaya qarşı təzyiqlərinin nəticəsi olduğunu bildirib.