Başını kəsdi və sobada yandırdı - Şok qətlin təfərrüatı

Dünya

93

Başını kəsdi və sobada yandırdı - Şok qətlin təfərrüatı36 yaşlı özbəkistanlı miqrant 51 yaşlı tacikistanlı miqrantı vəhşicəsinə öldürüb.

Rusiyada şokedici qətl hadisəsi baş verib.

Conflict.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, hadisə Volqoqrad vilayətinin Leninsk rayonunun Baxtiyarovka kəndində qeydə alınıb.

Heyvandarlıq fermasında çalışan 36 yaşlı özbəkistanlı miqrant 51 yaşlı tacikistanlı miqrantı vəhşicəsinə öldürüb.

Qətl onların arasında baş verən mübahisədən sonra baş verib. Tacik hirsini soyutmaq üçün özbəyi bıçaqla öldürüb. Sonra izi itirmək üçün onun başını kəsib və sobada yandırıb. Cəsədi isə sürüyərək otun içində gizlədib.

Qatil axşam vaxtlarında bu olayı başqa bir miqranta danışıb və sirri gizli saxlayacağını xahiş edib. O isə həmin an bu xəbəri heyvandarlıq fermasının sahibinə və hüquq-mühafizə orqanlarına deyib.

Qatilin tutulduğu, haqqında cinayət işinin başlandığı deyilir.