İranın neft nazirindən TƏCİLİ AÇIQLAMA: "Sanksiya tətbiq edildiyi müddətdə..."

Dünya

98

İranın neft nazirindən TƏCİLİ AÇIQLAMA: "Sanksiya tətbiq edildiyi müddətdə..."57 ildir OPEK-in (Neft ixrac edən ölkələrin təşkilatı) üzvü olan İran təşkilatla bağlı təcili qərar verib.
İranın neft naziri Biyan Zənganeh ölkəsinə sanksiya tətbiq edildiyi müddətdə OPEK kvotasına dair heç bir ölkə ilə müzakirə aparmayacaqlarını açıqlayıb.

Bu barədə İranın rəsmi İRNA xəbər agentliyi məlumat yayıb.

Daha öncə Qətər 2019-cu ilin yanvar ayında təşkilatdan ayrılacağını açıqlamışdı.

Qeyd edək ki, sabah OPEK-in növbəti toplantısı keçiriləcək.