Vağzalda izdiham: Tiflisə bilet qalmayıb

Dünya

76

Vağzalda izdiham: Tiflisə bilet qalmayıb Bakı dəmiryol vağzalının kassalarında izdiham müşahidə olunur.

Conflict.az-ın əməkdaşının verdiyi xəbərə görə, yay tətili ilə əlaqədar həm ölkədaxili reyslərə, həm Gürcüstan istiqamətinə tələbat artıb.

Sərnişinlər əsasən şimal-qərb və cənub zonalarına gedən qatarlara bilet alır. Kassalarda isə bilet qıtlığı yaşanır. Hər yay mövsümündə bu problemin olduğunu vurğulayan xəzinədarların sözlərinə görə, iyul ayında sərnişinlərin sayı artıb. Əməkdaşımız onu da öyrənib ki, Bakı-Tiflis qatarına iyulun 22-dək bilet qalmayıb. Kassalarda bu istiqamətə bilet tapmaq mümkün deyil. Belə ki, 10 gün qabaqdan biletlər satılıb. Azərbaycanlıların Ramazan bayramı ilə əlaqədar olaraq Tiflisə və oradan Türkiyəyə axını müşahidə edilir.
Conflict.az