ABŞ-ın müharibələrə sərf etdiyi pul - AĞLASIĞMAZ RƏQƏM

Dünya

67

ABŞ-ın müharibələrə sərf etdiyi pul - AĞLASIĞMAZ RƏQƏMBirləşmiş Ştatlar son 20 il ərzində hərbi əməliyyatların aparılmasına təqribən 5,9 trilyon dollar vəsait sərf edib.

Bu barədə ABŞ-ın Braun Universitetinin professoru Net Kraufordun apardığı araşdırmalarla bağlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bu məbləğə Pentaqonun xərclədiyi pullarla yanaşı "Dövlət Departamenti tərəfindən müharibə ilə əlaqəli xərclər, müharibə veteranlarına qulluq xərcləri, müharibəyə görə götürülən borcların faizləri, terror aktlarının qarşısının alınması və daxili təhlükəsizlik nazirliyi tərəfindən onlara reaksiyanın göstərilməsi üçün sərf olunan vəsaitlər daxildir.

Kraufordun hesablamalarına görə, hərbi əməliyyatlar nəticəsində ümumilikdə 480 mindən çox insan həlak olub ki, onlardan da 244 nəfəri dinc sakinlərdir. Təqribən 10 milyon insan öz yaşayış yerini dəyişmək məcburiyyətində qalıb.

Hərbi əməliyyatlar 2023-cü ildə bitəcəyi təqdirdə, xərclərin ümumi məbləği, Kraufordun fikrincə, borc faizlərini çıxmaq şərti ilə azı 6,7 trln. dollar təşkil edəcək.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi İŞİD terrorçularına qarşı beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqindəki məscidlərdən birinə hava zərbəsi endirib. (report)