“Yardım çağırdığı zaman...” - Qaşıqçını belə öldürdülər – ŞOK DETALLAR

Dünya

124

“Yardım çağırdığı zaman...” - Qaşıqçını belə öldürdülər – ŞOK DETALLARMüxalif jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda boğaraq öldürülməsi təxmin edilir.

Bu haqda anonim məmura istinadən “ABC News” telekanalı bildirib.

Telekanalın mənbəyi qeyd edib ki, jurnalist diplomatik missiyanı tərk etməyə çalışdığı və yardım çağırdığı zaman öldürülüb. İnformasiyaya əsasən, əvvəlcə jurnalisti öldürməyi planlaşdırmırdılar. Bildirilir ki, Krallıqdan gələn 15 nəfər Qaşıqçını vətənə qayıtmağa inandırmağa cəhd göstərirdi. Görüş zamanı onlar jurnalisti oğurlamaqla hədələyirlər. Qaşıqçı müqavimət göstərməyə və yardım çağırmağa başlayır. Həmsöhbətin sözlərinə görə, qrup təlaşa düşür və əlləri ilə jurnalistin ağzını bağlamağa çalışıblar, amma bu, onun boğulması ilə nəticələnib.

Məmurun sözlərinə görə, Qaşıqçının bədəni ondan qurtulması üçün İstanbulda konsulluqla əməkdaşlıq edən “yerli insan”a verilib.

Daha əvvəl irəli sürülün versiyalara görə, jurnalist işgəncə ilə öldürülüb, daha sonra isə bədənini hissələrə parçalayaraq konsulluq binasından çıxarıblar.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyininin başçısı Adil Əl-Cubeyrinin sözlərinə görə, jurnalisti öldürənlər səlahiyyətlərini aşdılar və səhvlərini gizlətməyə çalışırdılar. Nazir vəliəhd şahzadə Məhəmməd ibn Salmanın cinayətə dair məlumat və məsuliyyətinin olmadığını bildirib. O, deyilənlərin əksinə, Qaşıqçının qətlində iştirak edənlərin şahzadəyə yaxın olmadığını söyləyib.

“Camal Qaşıqçının necə öldürüldüyünü və ya cəsədin harada olduğunu bilmirik. Qaşıqçıya nə olduğunu, həm də cansız bədəninin harada olduğunu öyrənməkdə qərarlıyıq. Hadisəyə görə məsuliyyət daşıyanlar cəzalandırılacaq”, - o vurğulayıb.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.

Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb.