ABŞ Hizbullahı bu siyahıya saldı

Dünya

99

ABŞ Hizbullahı bu siyahıya saldıABŞ Hizbullahı transmilli cinayət təşkilatları siyahısına əlavə edib.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Baş prokuroru Cef Seşns deyib. O, Hizbullahla bərabər Mərkəzi və Şimali Amerikada fəaliyyət göstərən 4 qruplaşmanı da bu siyahıya daxil edib. Onun sözlərinə görə, Vaşinqton bu qruplaşmalarla mübarizə üçün xüsusi operativ qrup yaradacaq. Seşns bu qrupa ABŞ baş prokurorunun müavini Rod Rozenşteynin rəhbərlik edəcəyini bildirib.