Gəlin küçənin ortasında qayınanasını döydü - FOTO/VİDEO

Dünya / Video

25

Gəlin küçənin ortasında qayınanasını döydü - FOTO/VİDEOTürkiyənin Bursa şəhərində gəlin yaşlı qayınanasını küçənin ortasında döyüb.

Publika.az xəbər verir ki, ruhi xəstə olan qayınananın tez-tez gəlini tərəfindən döyüldüyü məlum olub. Sonuncu xoşagəlməz hadisə isə günün günorta çağı hər kəsin gözü qarşısında baş verib.

Şahidlərin dediyinə görə, gəlin qayınanasını ağır sözlərlə təhqir edəndən sonra onu döyməyə başlayıb. Görüntülər ətrafdakılar tərəfindən telefonun kamerası ilə yaddaşa köçürülüb.