Müharibə dəqiqələr ərzində BAŞA ÇATA BİLƏR – Dəhşətli SSENARİ

Dünya

24

Müharibə dəqiqələr ərzində BAŞA ÇATA BİLƏR – Dəhşətli SSENARİUkraynanın Hərbi-Dəniz Qüvvələri Azov dənizində Rusiya ilə münaqişə halında dəqiqələr ərzində məhv ola bilər.

Publika.az xəbər verir ki, bu haqda “The American Conservative” nəşrinin jurnalistləri iddia ediblər.

Məqalənin müəllifi əmindir ki, Azov dənizində münaqişə olarsa, Ukrayna gəmiləri tezliklə batırılacaq və Hərbi-Dəniz Qüvvələrinin bazası dərhal məhv ediləcək.

“Ukraynanın Azov dənizində gəmiləri var və ən yaxın aylarda ora gəmilərin növbəti partiyasını köçürəcəklər. Rusiya donanması onları dəqiqələr ərzində batıra və bazanı məhv edə bilər”, - “The American Conservative” nəşrinin müəllifləri bildiriblər.

Ötən həftə Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin brifinqdə bildirib ki, Kiyevdə Azov dənizi üzrə məxfi plan var. Nazir konkret ölçüləri açıqlamaqdan imtina edib, amma vurğulayıb ki, onlar artıq uyğunlaşdırılıb.



“Biz müqavilələr barəsində müxtəlif seçimlərə baxırıq. Əlbəttə, bizim hamımıza aydındır ki, Azov daxili dəniz deyil. Hazırda Qara dəniz və Azov dənizində Ukraynanın hüquqların pozulması, həmçinin Kerç boğazında Krım körpüsünün qeyri-leqal tikintisi haqqında beynəlxalq arbitraj həyata keçirilir”, - Klimkin deyib.

Ukraynanın xarici siyasət idarəsinin başçısının sözlərinə görə, hakimiyyət bütün “dostlar və partnyorlar”la bütün mümkün seçimləri müzakirə edib.

Qeyd edək ki, Kiyev Moskvanı Kerç boğazından keçərək Ukrayna limanlarına üzən gəmilərin hərəkətinə maneə olmaqda ittiham edir. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Krım Sərhəd Xidməti isə yoxlamaların beynəlxalq dəniz hüququna uyğun keçirildiyini, gəmi sahiblərinin heç bir şikayətlərinin olmadığını bildirir.