Qızının gözü qarşısında anasını bıçaqladı

Dünya

85

Qızının gözü qarşısında anasını bıçaqladıTürkiyənin Batman şəhərinin mərkəzində marketlərin birində ata 4 yaşlı qızının gözləri önündə həyat yoldaşını bışaqlayıb.

Teleqraf.com xəbər verir ki, Abdurrahman İ. boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Cahide İ.ni (40) öldürmək üçün marketə girib. Silahlı ata körpə qızının gözləri önündə qadına çoxsaylı bıçaq zərbəsi endirib.

Market işçilərinin müdaxiləsi nəticəsində yaralı qadını silahlı ərdən uzaqlaşdırmaq mümkün olub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. onun vəziyyəti ağır olaraq qalır.

Abdurrahman İ. isə həbs edilib.