Türk Mason Lojası: "Yalan deyir, Oktar heç vaxt bizim üzvümüz olmayıb..."

Dünya

65

Türk Mason Lojası: "Yalan deyir, Oktar heç vaxt bizim üzvümüz olmayıb..."Türk masonları Adnan Oktarın 1 milyon 50 min avro ödəyərək 33-cü dərəcədən mason olması xəbərini yalanlayıb.

Conflict.az "ölkə.az"-a istindən bildirir ki, Oktarın İtaliya mason lojasında 33-cü dərəcədən üzv olduğu barədə xəbəri Türkiyə Böyük Mason Lojası tərəfindən yalan olduğu bildirilib.

Lojanın Böyük Ustadı Bülənt Akkan Oktarın dünyada qəbul edilən heç bir mason dərnəyi tərəfindən qəbul edilməsinin mümkün olmadığını bildirib: "Adnan Oktar adlı şəxs nə bu gün, nə də keçmişdə dərnəyimizin üzvü olmayıb".

Bülənt Akkan bu barədə yazılı açıqlama verib. O, qeyd edib ki, Oktarın adının onlarla bir yerdə çəkilməsi mümkün deyil:

"Keçmişdə də, indi də üzvümüz olmadığı halda mason olduğunu iddia edən şəxslər olub. Adnan Oktar da onlardan biridir. Oktar heç vaxt bizim üzvümüz olmayıb. Cəmiyyətimizin üzvü olması müzakirə edilməsi də mümkün olmayan bu şəxslərin dərnəyə qəbul edilməsi mümkünsüzdür. Biz masonlar üçün bu iddiaların ciddi qəbul ediləcək tərəfi yoxdur"