Səudiyyə şahzadəsi vəfat etdi

Dünya

179

Səudiyyə şahzadəsi vəfat etdi Səudiyyə Ərəbstanının sabiq xarici işlər naziri Səud ibni Faysal ibni Əbdüləziz vəfat edib.

Conflict.az
xəbər verir ki, 75 yaşında dünyasını dəyişən şahzadə 40 il Səudiyyə Ərəbistanının xarici işlər naziri vəzifəni yerinə yetirib.

Lakin son vaxtlar səhhətində yaranan problemlərə görə Səud ibni Faysal 2015-ci il mayın 1-də vəzifəsini Adil ibni Əhməd əl Cübeyrə təhvil vermişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və bir neçə dövlət başçısı Səudiyyə Ərəbistanı kralına başsağlığı verib.
Conflict.az