İsrail-Fələstin problemi dərinləşir, hamı geri çəkilib » Conflict.az

İsrail-Fələstin problemi dərinləşir, hamı geri çəkilib

Dünya

71

İsrail-Fələstin problemi dərinləşir, hamı geri çəkilibİsrail-Fələstin probleminin həllində. üçüncü tərəflər geri çəkilib.

Bunu rusiyalı politoloq Stanislav Tarasov bildirib.

Tarasov münaqişənin aktiv şəkildə müzakirə edilməyəcəyi təqdirdə qan axıdılmasının qarşısını almağın mümkün olmayacağını söyləyib:

"Toqquşmalar şiddətlənərək böyüyür. Amerikalıların apardığı danışıqlar uğurlu olmadı. Moskva fəal şəkildə məsələyə daxil olmur, daha çox Suriyadakı həll prosesinə yönəlib. BMT Təhlükəsizlik Şurasının üzvləri Fələstin məsələsini fəal şəkildə ələ almasa, qan axmağa davam edəcək. Bundan başqa, amerikalılar Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra problem daha da dərinləşdi. Fələstin xalqının sözdə "ərəb dostları" hazırda İranla məşğul olurlar. Problemlər də buradan qaynaqlanır".