TBMM-nin 4 üzvü istefa verəcək

Dünya

32

TBMM-nin 4 üzvü istefa verəcəkTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ölkənin Nazirlər Kabinetinin yeni tərkibini açıqladı. Sürpriz adlarla yanaşı, yeni hökumətdə 4 millət vəkilinin də adı olması diqqət çəkdi.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, həmin millət vəkilləri qanunvericiliyə uyğun olaraq, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvlüyündən istefa verəcəklər.

Nazirlər Kabinetinin yeni tərkibinə daxil edilən Süleyman Soylu (daxili işlər naziri), Berat Albayrak (Xəzinə və maliyyə naziri), Mövlud Çavuşoğlu (xarici işlər naziri) və Əbdülhəmid Gül millət vəkiliyindən istefa verərək nazir vəzifələrini icra edəcəklər.

Qeyd edək ki, yeni hökumətin tərkibi aşağıdakı kimidir.

Prezidentin köməkçisi Fuad Oktay

Ədliyyə naziri Əbdulhəmid Gül

Əmək, sosial xidmətlər və ailə naziri Zəhra Zümrüd Səlçuq

Ekologiya və şəhərsalma üzrə naziri Murat Kurum

Xarici işlər naziri Mövlud Çavuşoğlu

Daxili işlər nazir Süleyman Soylu

Milli müdafiə naziri Hulusi Akar

Milli təhsil naziri Ziya Selçuq

Səhiyyə naziri Fəxrəddin Qoca

Enerji və təbii sərvətlər nazir Fatih Dönməz

Mədəniyyət və turizm naziri Mehmet Ərsoy

Gənclər və idman naziri Mehmet Kasapoğlu

Xəzinə və maliyyə naziri Berat Albayrak

Nəqliyyat və infrastruktur naziri Cahid Turan

Kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli

Sənaye və texnologiya naziri Mustafa Varank

Ticarət naziri Ruhsar Pekkan