Ərdoğanın 427 min dollar borcu var

Dünya

118

Ərdoğanın 427 min dollar borcu varTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərvətinin həcmi açıqlanıb.

Conflict.az "Hurriyet"ə istinadən xəbər verur ki, iyunun 24-də keçirilən növbədənkənar prezident seçkinin qalibi olan R.T.Ərdoğanın əmlakı ictimaiyyətə təqdim olunub.

Bəyannaməyə əsasən R.T.Ərdoğan 2001-ci ildə Ədalət və İnkişaf Partiyasının sədri olarkən Bolluca da 376 kv metr, Rizə əyalətinin Güneysu bölgəsində 2 min kv metr torpaq sahəsi, 36 faiz səhm payı olub.

Türkiyə prezidentinin hazırda 6 milyon 347 min türk lirəsi nağd pulu (1 milyon 355 min 270 min dollar) olduğu açıqlanıb. O, 2017-ci ildə əmlakına Üsküdarda 4 milyon türk lirəsinə (855 min dollara) aldığı yaşayış yerini də daxil edib.

Rəsmi məlumata görə, R.T.Ərdoğanın Mehmet Gür adlı iş adamına 2 milyon türk lirəsi (427 min dollar) borcu var.