Metroda partlayış həyəcanı

Dünya

344

Metroda partlayış həyəcanıRoma metrosunda partlayış həyəcanı yaşanıb

Conflict.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə “Polikliniko” stansiyasında baş verib. Naqilin qırılması ilə meydana gələn qığılcımlar və tüstü partlayış qorxusu yaratdığından hadisə yerinə qəza-xilasetmə xidmətinin əməkdaşları çağırılıb.

Partlayış həyəcanı Roma metrosunun B xəttində hərəkətin dayanmasına səbəb olub. Stansiyaya çatmaqda olan qatar tuneldə dayandırılıb və sərnişinlər təxliyə edilib. Xəsarət alanlarla bağlı məlumat verilmir.