Çinli hakerlər ABŞ sualtı qayıqlarının layihələrini ələ keçirdi

Dünya

278

Çinli hakerlər ABŞ sualtı qayıqlarının layihələrini ələ keçirdiÇinli hakerlər ABŞ-ın hərbi-dəniz qüvvələrinin kopüter şəbəkəsini sındıraraq gizli məlumatları ələ keçiriblər.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, məlumatlar sualtı qayıqların tərtibatı və ultrasəs gəmi əleyhinə raket kompleksi haqqındadır. Bu silahlar 2020-ci ildə ABŞ-ın hərbi donanmasının arsenalına daxil olacaqmış.

Məlumata görə, hakerlər gizli materialları bu ilin yanvar və fevral aylarında ələ keçirsələr də, informasiya indi yayılıb. Araşdırmalara başlanılıb.