Rusiyalı müğənni İsrailə buraxılmadı

Dünya

106

Rusiyalı müğənni İsrailə buraxılmadıMəşhur rusiyalı müğənni Qriqori Leps İsrailə buraxılmayıb.

Xarici KİV məlumat verir ki, bunu Knessetin deputatı Yuliya Malinovskaya öz sosial media hesabında yazıb.

“Polisin nə üçün məşhur rusiyalı müğənninin ölkəyə girişi məsələsi ilə məşğul olduğunun izahını tapa bilmirəm. Lepsin İsrail turunun şokda olan təşkilatçısı bununla bağlı mənə müraciət edib" deyə, o bildirib.

Yuliya söyləyib ki, müğənnini müşayiət edəcək 17 musiqiçi və texniki işçi ölkəyə daxil olmaq üçün problemsiz şəkildə yazılı icazə alıb. Yeganə Lepsi İsrailə buraxmayıblar.

Onun sözlərinə görə, Lepsin İsraildəki konsertinə üç mindən çox bilet satılıb.

Qeyd edək ki, 2013-cü ildə ABŞ da Lepsin ölkəyə girişinə qadağa qoymuşdu. ABŞ hakimiyyəti onu Şərqi-Avropa mafiyaları ilə əlaqələrdə və cinayətkarlar üçün külli miqdarda nəğd pul daşımaqda şübhəli bilirdi.