Şimali Koreyadan ŞOK QƏRAR – Trampla görüş ləğv edilir

Dünya

54

Şimali Koreyadan ŞOK QƏRAR – Trampla görüş ləğv edilirPxenyan Vaşinqtonu ABŞ-Koreya Xalq Demokratik Respublikası sammitini ləğv etməklə hədələyib.

Bu haqda “Yenxap” agentliyi bildirib.

Agentliyin məlumatına görə, buna səbəb Seul və Vaşinqtonun birgə hərbi təlimləridir. Həmçinin bildirilir ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edir.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp KXDR-in lideri Kim Çen Inla görüşünün tarixi və yerini açıqlamışdı.

“Mənim Kim Çen Inla çoxdan gözlənilən görüşüm iyunun 12-də Sinqapurda olacaq”, - Tramp tvitter səhifəsində yazmışdı.