İki qatarın toqquşması nəticəsində 1 nəfər öldü - Çoxlu yaralı var

Dünya

38

İki qatarın toqquşması nəticəsində 1 nəfər öldü - Çoxlu yaralı varTunisdə iki sərnişin qatarının toqquşması nəticəsində 1 nəfər ölüb və azı 60 nəfər xəsarət alıb.

"RİA Novosti" xəbər verir ki, qəzanın baş verdiyi Ben-Arus əyalətinin qubernatoru ölən şəxsin qatarlardan birinin maşinisti olduğunu bildirib. Yaralanan sərnişinlərdən 2-si ağır vəziyyətdədir. Bildirilir ki, hazırda məlum olmayan səbəblərdən hər iki qatar eyni dəmir yolunda peyda olub.