Millət vəkilliyinə namizəd həbs oluna bilər

Dünya

79

Millət vəkilliyinə namizəd həbs oluna bilər Keçən il ABŞ-da millət vəkilliyinə namizəd olan 63 yaşlı Robert Doqart müsəlmanların yaşadığı qəsəbədəki məscidə hücum planlanlaşdırdığına görə günahkar elan edilib.

Conflict.az Qardian-a istinadən xəbər verir ki, ABŞ Federal İcmasının qərarı məhkəmə tərəfindən də təsdiqlənərsə, keçmiş millət vəkili namizədi 10 il müddətinə həbs oluna bilər.

ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamada 63 yaşlı R. Doqartın Nyu York ştatında müsəlmanların yaşadığı İslamberq qəsəbəsində məscid, məktəb və kafelərə hücum planlaşdırdığının təsdiqləndiyi qeyd edilib.

Sosial mediadakı paylaşımlarından və telefon danışıqlarından Doqartın bu işdə özünə dəstək axtardığı da təsdiqlənib.

Xatırladaq ki, mayda planını həyata keçirməyə imkan tapmamış FTB tərəfindən nəzarətə götürülən Doqart bu həftənin əvvəli 30 min dollar verərək zaminə buraxılmışdı.