Trampdan müəllimlərin silahlandırılması haqqında daha bir AÇIQLAMA

Dünya

95

Trampdan müəllimlərin silahlandırılması haqqında daha bir AÇIQLAMAABŞ Prezidenti Donald Tramp ötən dəfə Florida ştatında yeniyetmənin məktəbə hücumu nəticəsində 17 nəfərin həlak olduğu hadisənin ardından müəllimlərin silahlandırılması ilə bağlı bir sıra fikrilər irəli sürmüşdü.

Prezident həmin mövzu ilə əlaqədar müəllimlərin silahlandırılmasın istiqamətində yeni açıqlama verib.

Tramp bildirib ki, müəllimlərin silahlandırılması ilə yanaşı, tez-tez silah təlimlərində iştirak etmələri daha yaxşı olar.

Ağ Evdə çıxışı zamanı bu mövzuya toxunan Donald Tramp yeni layihədə silah əldə edə biləcək şəxslərin yaş məhdudiyyətinin 18-dən 21-ə qaldırılmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Xatırladaq ki, fevralın 14-də ABŞ-ın Florida ştatında yeniyetmənin məktəbə hücumu nəticəsində 17 nəfər həlak olmuşdu.

Conflict.az