İran bölgədə ballistik raketlərin ən böyük arsenalına malikdir

Dünya

49

İran bölgədə ballistik raketlərin ən böyük arsenalına malikdirİran Yaxın Şərqdə ballistik raket silahlarının ən böyük arsenalına malikdir.

Bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts ölkə Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatla çıxışı zamanı bildirib.

“İran Yaxın Şərqdə ballistik raketlərin ən böyük arsenalına malikdir və ölkənin sərhədlərindən təxminən 2 km məsafədə olan hədəflərə hücum etmək iqtidarındadır”, - deyə o bildirib.

Kouts qeyd edib ki, Tehranın bu cür hərbi potensiala malik olması ABŞ, onun regiondakı qoşunları və müttəfiqləri üçün təhlükə kəsb edir.

Onun sözlərinə görə, İran ABŞ və onun regiondakı müttəfiqlərinin hərbi obyektlərini hədəfdə saxlamaq üçün silah sistemlərini inkişaf etdirməkdə davam edir.

“Bu silahlar arasında dronlar, ballistik raketlər, dəniz minaları, uzaqdan idarə edilən minalanmış katerlər, müasir torpedolarla təchiz olunmuş sualtı qayıqlar, gəmi əleyhinə qanadlı raketlər və yerdən idarə olunan qanadlı raketlər var”, - deyə idarə direktoru əlavə edib.

Conflict.az