Fransa prezidenti Bəşər Əsədi HƏDƏLƏDİ

Dünya

49

Fransa prezidenti Bəşər Əsədi HƏDƏLƏDİFransa prezidenti Emmanuel Makron Suriyada sivil vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edildiyi sübut olunacağı təqdirdə, həmin yeri vuracaqlarını açıqlayıb.

Makron çıxış edərək bildirib ki, Bəşər Əsəd rejiminin vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsi Fransa üçün “ qırmızı xətt”dir.

“Hələ ki, Əsəd rejiminin kimyəvi silahlardan istifadə etdiyi sübut olunmayıb. Ancaq bu məsələ ciddi şəkildə araşdırılacaq”-deyə o bildirib.

Xatırladaq ki,Suriya İnsan Hüquqları Təşkilatı Əsəd rejiminin indiyə kimi 211 dəfə mülki yaşayış məntəqələrinə hücum etdiyini, 1357 nəfəri mülki vətəndaş olmaqla 1421 nəfəri öldürdüyünü açıqlamışdı.

Conflict.az