Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI

Dünya

210

Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Həyatımızın hər anında çoxlu sayda və müxtəlif əşyalardan istifadə edirik, lakin onların harada ixtira edildiyi barədə, bəlkə də düşünmürük.
Conflict.az salamnews-a istinadən bəzi əşyaların ixtira edildiyi, bəlkə də, sizə qəribə gələcək ölkələri təqdim edir.
1. "World Wide Web" (Böyük Britaniya, Belçika, İsveçrə)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
İnternet ABŞ hökuməti tərəfindən 1960-cı illərdə həyata keçirilən araşdırmanın nəticəsi olsa da, (ARPA kompüter şəbəkəsi onlar tərəfindən ixtira edilib), ümumdünya kompyüter şəbəkəsi və ya "World Wide Web" (hazırda istifadə etdiyiniz), faktiki olaraq, CERN Nüvə araşdırmaları üzrə Avropa təşkilatından olan ingiltərəli və belçikalı alimlər tərəfindən ixtira edilib.
2. Sıfır (Hindistan)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Bəli, biz "0" rəqəmi barədə danışırıq. O, hələ qədim Misirdə doldurmaq işarəsi kimi mövcud olub, hindistanlılara qədər heç kəs ondan riyazi hesablarda istifadə etməyib.
3. Yapışqan parça (İsveçrə)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Yapışqan parça 1948-ci ildə isveçrəli mühəndis-elektrik Jorj de Mestral tərəfindən ixtira edilib. Onun adı (Velcro) iki fransız sözündəndir: "velours" (velür) və "crochet" (qarmaqcıq).
4. IMAX - genişformatlı kinematoqrafiya sistemi (Kanada)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Gələn dəfə sevdiyiniz filmdən böyük ekranda həzz alarkən buna görə Kanadanın "IMAX Corporation" şirkətinə təşəkkür edə bilərsiniz.
5. Hərbi Orkestr (Türkiyə)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
XIII əsr Osmanlı İmperiyası hərbi orkestrlərin mənbəyidir.
6. Düymə (Pakistan)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Pakistan dövlətinin 1947-ci ildə yaradılması məlum olsa da, Hindistan sivilizasiyası burada ilk dövlətlərin yarandığı vaxtdan çox-çox qədim zamanlarda mövcud olub və onun sakinləri düyməni düşünüblər.
7. Trankvilizator tüfəngi (Yeni Zelandiya)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Yeni zelandiyalı Kolin Merdok müasir trankvilizator tüfəngini 1950-ci ildə ixtira edib.
8. Sualtı qayıqlar (İrlandiya)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
İrlandiyalı mühəndis Con Filip Holland ABŞ Hərbi-Dəniz Qüvvələri və kral donanmasnda geniş istifadə edilən ilk sualtı qayığı hazırlayıb. O, həmçinin sualtı qayıqların müasir dizaynının ixtiraçısı hesab edilir.
9. Eynək (İtaliya)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Romada imperator Neronun hakimiyyət illərindən başlayaraq 1200-cü illərin ortalarınadək olan müddət ərzində müasir eynək modelinə keçməyə başlanıldığı vaxt bu aksesuar həqiqi İtaliya (Roma) ixtirası olaraq qalıb.
10. Neft lampası (Polşa)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Müasir neft lampaları ilk dəfə 1853-cü ildə polşalı ixtiraçı İqnatsi Lukaseviç tərəfindən hazırlanıb.
11. Poçt indeksləri (Ukrayna)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
London kimi şəhərlər hələ 1800-cü illərin ortalarında ayrı-ayrı hissələrə bölünsə də, rayonların kənd yerlərinə qədər bölgüsü sonadək realizə edilməyib. Ukrayna Sovet Sosialist Respublikası 1932-ci ildə poçt indekslərini istifadəyə daxil edib.
12. Spidometr (Xorvatiya)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Hansı sürətlə hərəkət ediyinizi bildiyiniz üçün spidometrin yaradıcısı olan xorvatiyalı ixtiraçı Yosip Biliçeçə təşəkkür etməlisiniz.
13. Sprey-aerozol (Norveç)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Bu ideyanın hələ uzun illər əvvəl yarandığının söylənildiyinə baxmayaraq, ilk müasir aerozol 1926-cı ildə norveçli mühəndis-kimyaçı Erik Rothaym tərəfindən hazırlanıb.
14. "Molotov kokteyli" (Finlandiya)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Axı, kim düşünə bilərdi ki, sülhsevər finlandiyalılar qumbara qismində içərisində alışan maye olan butulka tətbiq etməyi düşünərlər?
Onlar 1939-1940-ci illərdə Sovet-Finlandiya müharibəsi zamanı "Molotov kokteyli"ndən istifadə ediblər.
15. Rəngli televizor (Şotlandiya)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Şotlandiyalı ixtiraçı Con Berd 1928-ci il iyulun 3-də dünyada ilk rəngli verilişi nümayiş etdirib.
16. Yanğın əleyhinə köpük (Rusiya)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Yanğın əleyhinə köpük 1902-ci ildə rusiyalı mühəndis və kimyaçı Aleksandr Loran tərəfindən ixtira edilib.
17. USB fleş-toplayıcı (İsrail)
Onlar harada, nə vaxt ixtira olunub? - SİYAHI
Dünyada ilk dəfə USB-fleş toplayıcını 1999-cu ildə İsrailin "M-Systems" şirkətindən olan Amir Ban, Dov Moran və Oran Oqdan ixtira ediblər.