Küçədə yaşayan kişi dünyaca məşhurlaşdı - VİDEO - FOTO

Dünya

148

Küçədə yaşayan kişi dünyaca məşhurlaşdı - VİDEO - FOTO
51 yaşlı Donald Quld bir zamanlar ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin Dəniz Piyadaları Korpusunda xidmət etmiş, daha sonra Miçiqan ştatında musiqi təhsili almışdı.
Lakin 1998-ci ildə arvadı vəfat edəndən sonra depressiyaya qapılan Donald narkomana çevrilir və məhkəmə də onu valideynlik hüququndan məhrum edərək 3 yaşlı oğlunu əlindən alır.
Conflict.az ABC-yə istinadən bildirir ki, dul, evsiz-eşiksiz, küçələrdə yaşayan Donald Quld Sarasota şəhərindəki "Classico Cafe"nin qarşısında fortepianodakı ifasından sonra sosial şəbəkələrin fenomeninə çevrilmişdi.
Quldun ifasını Avropa Henri adlı xanım çəkmiş, Facebook-da paylaşmışdı.
Quld fortepianoda "Styx Come Sail Away"i ifa etmişdi.
"Evim, ailəm olmasa da, musiqim var. Musiqi mənə yetər", - Quld deyib.
Küçədə yaşayan kişi dünyaca məşhurlaşdı - VİDEO - FOTO
Küçədə yaşayan kişi dünyaca məşhurlaşdı - VİDEO - FOTO
Küçədə yaşayan kişi dünyaca məşhurlaşdı - VİDEO - FOTO