Türkiyə prezidenti Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə görüşüb

Dünya

167

Türkiyə prezidenti Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə görüşüb Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının xarici işlər naziri Məhəmməd ibn Naifi qəbul edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar iki saatadək davam edib.

Görüşün nəticələrinə görə mətbuata heç bir açıqlama verilməyib.

Qeyd edək ki, görüş Rəcəb Tayyib Ərdoğanın İrana səfəri ərəfəsində baş tutub. Bildirildiyi kimi, Türkiyə prezidenti İranlı həmkarı Həsən Ruhani ilə ikitərəfli münasibətlər, həmçinin, regional və beynəlxalq məsələləri müzakirə edəcək.