Tramp və Stoltenberq Donbasdakı vəziyyəti müzakirə ediblər

Dünya

21

Tramp və Stoltenberq Donbasdakı vəziyyəti müzakirə ediblərABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Məlumata əsasən, söhbət zamanı tərəflər Donbasdakı vəziyyəti müzakirə ediblər. “Prezident Tramp və NATO baş katibi münaqişənin sülh yolu ilə həlli imkanlarını müzakirə ediblər”, məlumatda qeyd olunur.

Qeyd edək ki, ötən gün ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Petro Poroşenko telefon söhbəti zamanı Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər. Tərəflər həmçinin yaxın zamanda görüşməyin mümkünlüyünü müzakirə ediblər.

Conflict.az