BMT İsrailin yeni məskən salmaq planından narahatlıq ifadə edib

Dünya

26

BMT İsrailin yeni məskən salmaq planından narahatlıq ifadə edibBMT İsrailin Şərqi Qüds və İordan çayının qərb sahilində yeni məskənlər salmasını Yaxın Şərq münaqişəsinin nizamlanmasına mane olan birtərəfli hərəkət kimi qiymətləndirməkdə davam edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, baş katibin yəhudi məskənləri ilə bağlı mövqeyi dəyişməzdir: “Biz bunu birtərəfli hərəkət kateqoriyasına aid edəcəyik”.

Qeyd edək ki, İsrail hökuməti bundan əvvəl İordan çayının qərb sahilindəki yəhudi məskənlərində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.

2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib.

Buna cavab olaraq İsrail BMT büdcəsinə ödəmələrini 6 mln. dollar azaldıb.


Conflict.az