Tarix : 12-01-2017, 17:49 | Bölmə: Dunya, Video |
Miqrantlar qar altında qaldı – VİDEOYunanıstanın Midilli adasındakı Moria düşərgəsində yerləşdirilən 3 min nəfər miqrantın bir hissəsi ölkənin hərbi dəniz qüvvələrinə məxsus olan döyüş gəmisinə köçürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb sözügedən düşərgənin insan yaşaması üçün yararsız vəziyyətdə olmasıdır.
BMT rəsmiləri və könüllüləri də Moria düşərgəsinə baş çəkərək, oranın yaşayış üçün təhlükəli olması barədə rəy veriblər. Adaya yağan qar düşərgədə qurulan çadırları sıradan çıxarıb. Bu səbəbdən də miqrantlar qarın altında qalıblar.

BMT rəsmiləri mövcud vəziyyətlə əlaqədar Yunanıstanın baş naziri Aleksis Çiprasa müraciət ediblər. Müraciət müsbət nəticə verib. Baş naziri Aleksis Çiprasın təlimatı ilə adaya "Lesvos” adlı hərbi gəmi göndərilib.

Daha sonra Midilli limanında gözləyən miqrantlar 500 nəfərlik yataq yeri olan hərbi gəmiyə köçürülüblər.

Conflict.az
dle 10.1
(Reytinq:0)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla