Əsəd də Putinə başsağlığı verdi

Dünya

24

Əsəd də Putinə başsağlığı verdiSuriya prezidenti Bəşər Əsəd Rusiyada baş verən təyyarə qəzası ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Əsəd Putinə göndərdiyi teleqramda hadisəyə görə çox kədərləndiyini, ona və qurbanların ailələrinə başsağlığı verdiyini, terrorçuluğa qarşı mübarizəyə hazır olduğunu ifadə edib.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsi bu gün havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib. Onun göyərtəsində 83 sərnişin və 8 ekipaj üzvünün olduğu deyilir.

Soçidən qalxan təyyarənin Suriyanın Latakiya bölgəsinə uçduğu bildirilir.

Conflict.az