Avropalı siyasətçidən qalmaqallı Türkiyə müraciəti – “Siz avropalı deyilsiniz və heç bir zaman da olmayacaqsınız”

Dünya

95

 Avropalı siyasətçidən qalmaqallı Türkiyə müraciəti – “Siz avropalı deyilsiniz və heç bir zaman da olmayacaqsınız”“Bunu unudun. Siz avropalı deyilsiniz və heç bir zaman da olmayacaqsınız”
Bunu Hollandiyada siyasi partiyalardan birinin sədri və parlamentin deputatı Gert Vilders deyib.
İslam əleyhinə şüarları ilə hər zaman diqqəti cəlb edən irqçi lider Türkiyə və İslamı Avropada istəmədiklərini açıqca ifadə etdiyi bir video çarxı nümayiş etdirib.
“Türkiyə kimi bir İslam dövləti Avropanın bir parçası ola bilməz. Avropanın müdafiə etdiyi bütün dəyərlər – azadlıq, demokratiya, insan haqları İslamla ziddiyyət təşkil edir. Türklərin vizasız bir şəkildə Avropaya səyahət etməsini də istəmirik. Xalq bunu qəbul edən Avropa hökumətlərinə səs verməyərək onları vəzifədən uzaqlaşdıracaqdır. Türkiyə təhlükəli bir islamçı olub İslam bayrağını daşıyan Ərdoğana səs vermişdir. Biz daha çox İslam istəmirik, azalmasını istəyirik. Ona görə də Türkiyə, buzdən uzaq dur. Səni burada istəmirik.”

Conflict.az