2017-ci ildə NATO-Rusiya müharibəsi olacaq - MƏRUZƏ

Dünya

88

2017-ci ildə NATO-Rusiya müharibəsi olacaq - MƏRUZƏNATO və Rusiya arasındakı münaqişə 2017-ci ilin potensial təhdidlərindən biridir.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda “ABŞ-ın beynəlxalq münasibətləri üzrə Şurası” ictimai təşkilatın məruzəsində deyilir.
Mümkün təhlükələrin siyahısında Şimali Koreya böhranı və Suriyada vətəndaş müharibəsinin kəskinləşməsi göstərilir. Həmçinin bildirilir ki, 2017-ci ildə təhdidlərindən biri Amerika infrastrukturuna dağıdıcı kiberhücumudur.
Təşkilat 2008-ci ildən potensial təhlükələr haqqında məruzələr hazırlayır. Tədqiqatın müəllifləri qeyd edirlər ki, yeni prezidentin administrasiyası ölkənin maraqlarını zədələyə biləcək təhlükələri qabaqcadan görməli və potensial böhranların qarşısını almalıdır.

Conflict.az