Trampın texnoloji şirkətlərin rəhbərləri ilə görüş tarixi açıqlandı

Dünya

62

Trampın texnoloji şirkətlərin rəhbərləri ilə görüş tarixi açıqlandıABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp iri texnoloji şirkətlərin rəhbərləri ilə görüşəcək.

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, görüşə aşağıdakı şəxslər dəvət edilib: “Tesla Motors” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask, “Apple” rəhbəri Tim Kuk, FACEBOOK”un operativ idarəçisi Şeril Sendberq, “Microsoft”un rəhbəri Satya Nadella, “Alphabet” (“Google” bura daxildir) korporasiyasının direktoru Larri Peyc və “Alphabet”in Direktorlar Şurasının sədri Erik Şmidt.

Dekabrın 14-də Nyu Yorkda keçiriləcək görüşü PAYPAL” ödəniş sisteminin yaradıcılarından biri, D. Trampın keçid komandasının üzvü Piter Til təşkil edib.

Hələlik tərəflərin konkret hansı məsələləri müzakirə edəcəyi bəlli deyil. Lakin məlumdur ki, Tramp ABŞ şirkətlərinin istehsalı ölkə xaricinə köçürməsinə qarşı çıxır.

Conflict.az