Trampdan İran açıqlaması - "Bu razılaşma fəlakətdir"

Dünya

46

Trampdan İran açıqlaması - "Bu razılaşma fəlakətdir"ABŞ İranla razılaşmalara yenidən baxa bilər.

Conflict.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp İranla bağlı açıqlamasında razılaşmadan narazı olduğunu bildirərək bunu "fəlakət”, "düzgün əldə edilməmiş razılaşma” adlandırıb. Eyni zamanda Tramp bildirib ki, Obamanın hakimiyyəti dövründə İranla razılaşmanın əldə edilməsinə baxmayaraq rəsmi Tehranın şübhəli nüvə eksperimentləri hələ də davam edir.

Donald Tramp öz nitqində bildirib ki, rəsmi Vaşinqton İrana hər hansı güzəştə getməyəcək.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvandi bu barədə İranın hər hansı dəyişikliyə və yenidən müzakirəyə açıq olduğunu bildirib.

Conflict.az