“Amerikanın təbəssümünə aldanmayın, ayıq olun!”

Dünya

55

“Amerikanın təbəssümünə aldanmayın, ayıq olun!”“Əgər ayıq olmasanız, Amerikanın hegemonçuluq quruluşunun fitnələrini dərk etməsəniz, onların təbəssümünə aldansanız, siz də 50, bəlkə də 100 il geriyə qalmış olacaqsınız”.


Conflict.az
İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri Xameneyi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanlarının illik iclasının iştirakçıları ilə görüşü zamanı region ölkələrinə müraciət edərək deyib.

Xameneyi Amerikaya mütləq etimadsızlığı "dərin düşüncə və təcrübənin nəticəsi" adlandırıb: “ABŞ ilə düşmənçilik mövzusu İran İslam İnqilabından sonrakı illərdə davamlı şəkildə və son nüvə müzakirələri prosesində və digər məsələlərdə müşahidə edilib. Amerika ilə müzakirənin heç bir faydası olmadığı, əksinə zərərli olduğu aydınlaşıb”.

Ali dini lider deyib ki, ABŞ-ın məqsədi İranı regionadakı hadisələrdən kənarda saxlamaqdan başqa bir şey deyil.

Xameneyi təhlükəsizlik məsələsini "son dərəcə mühüm və ictimaiyyətin maddi və mənəvi inkişafına zəmin yaradan amil" adlandırıb: “Əgər xarici təhlükəsizlik təmin edilməzsə, düşmənin önü ölkə sərhədlərindən kənarda alınmazsa, daxili təhlükəsizlik də məhv olar”.


Conflict.az