“Rusiya Türkiyə ilə münasibətləri təhlükəyə atır”

Dünya

225

“Rusiya Türkiyə ilə münasibətləri təhlükəyə atır”
Rusiyanın türkmanlara qarşı apardığı əməliyyatlar rəsmi Moskva ilə Türkiyə arasında münasibətləri təhlükəyə atır.

Bu barədə Türkiyə Prezident Administrasiyasındakı mənbə Trend-ə deyib.

“Türkmanların Suriyadakı terror təşkilatları ilə heç bir ortaq nöqtəsi yoxdur. Suriyada türkmanlara qarşı həyata keçirilən əməliyyatları bölgədəki türkdilli xalqların etnik təmizləməsi kimi qiymətləndirmək olar”, - mənbə bildirib.

Suriya və Rusiya son günlərdə türkmanlara qarşı əməliyyatlar aparır.

Türkiyə məsələ ilə əlaqədar Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu XİN-ə çağıraraq etirazını bildirib.

Conflict.az